Çinin Filippindəki baş konsulu ağır yaralanıb, müavini və maliyyə müşaviri isə öldürülüb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə ölkənin əsas şəhərlərindən olan Sebuda restoranda açılan atəş nəticəsində baş verib. Polis hadisəni törədən qadının konsulluğun keçmiş əməkdaşı olduğunu bildirib.