Hərbi əməliyyatlar nəticəsində Hələb şəhərini 50 min sakin tərk edib

Hərbi əməliyyatlar nəticəsində Hələb şəhərini 50 min sakin tərk edib backend

Suriyanın Hələb şəhərinin on minlərlə sakini bu rayonda aktivləşən hərbi əməliyyatlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, BMT-nin humanitar məsələlərin koordinasiyası idarəsinin məlumatına əsasən, bölgəni tərk edən insanların sayı 50 min nəfəri keçib. Hazırda onların çadırlara, suya və hazır yeməklərə ehtiyacı var. Ötən bazar günü Suriyanın digər rayonlarında hökumət qüvvələri ilə müxalifət gücləri arasında əldə olunan lokal atəşkəs İdlib və Dəməşq əyalətlərinin bir neçə yaşayış məntəqələrindəki 30 min əhaliyə humanitar yardım çatdırmağa imkan verib.

BMT-nin məlumatına görə, Suriyada 4 il yarımdır davam edən münaqişə nəticəsində 250 mindən çox insan həyatını itirib, 4 milyondan artıq əhali qaçqın vəziyyətinə düşüb. Humanitar yardıma ehtiyac duyan insanların sayı isə 12 milyon nəfərdən çoxdur.
Diaspora