ABŞ Ukraynaya 275 milyon dollar dəyərində silah və hərbi texnikanın yeni partiyasını ayırıb.
Qaziler.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, bu yeni hərbi yardım paketi “Vaşinqtonun Ukrayna tərəfinə “Rusiyanın Xarkov yaxınlığındakı hücumlarını dəf etmək” səylərinin bir hissəsidir.
Blinkenin sözlərinə görə, bu paketə xüsusilə HIMARS reaktiv yaylım atəş sistemləri (MLRS), Javelin və AT-4 tank əleyhinə raket sistemləri (ATGM), 155 mm və 105 mm-lik top mərmiləri, tank əleyhinə minalar, kimyəvi, bioloji və radiasiyadan mühafizə vasitələri daxildir.
Dövlət katibi əlavə edib ki, Vaşinqton mümkün qədər tez bir zamanda Kiyevə yeni yardımı göndərəcək.
QAZİLER.AZ