Kadırov Mişustinin köməkçisinə "Çeçenistan Qəhrəmanı" adı verdi - VİDEO

Kadırov Mişustinin köməkçisinə "Çeçenistan Qəhrəmanı" adı verdi - VİDEO backend

Çeçenistan hökumətinin keçmiş sədri Müslüm Xuçiyev “Çeçenistan Respublikasının Qəhrəmanı” adını alıb.

Qaziler.az bildirir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.

Kadırov Xuçiyevə vilayət kabinetinin rəhbəri kimi çoxillik vicdanlı fəaliyyətinə görə ona dərin minnətdarlığını bildirib.

“Şübhəsiz, o, respublikamızın sosial-iqtisadi inkişafına böyük töhfə verib”, - deyə Çeçenistan rəhbəri vurğulayıb.

Kadırov həmçinin qeyd edib ki, Xuçiyevə nailiyyətlərinə görə ən yüksək regional titulu verib.

Qeyd edək ki, Çeçenistan Respublikası hökumətinin keçmiş sədri Müslüm Xuçiyev Rusiya baş naziri Mixail Mişustinin köməkçisi təyin edilib.

QAZİLER.AZ

Diaspora