Lukaşenko Rəisinin ölümündə ABŞ-ni günahlandırdı

Lukaşenko Rəisinin ölümündə ABŞ-ni günahlandırdı backend

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, İran prezidenti İbrahim Rəisinin ölümü ilə nəticələnən təyyarə qəzasında ABŞ günahkardır.

Qaziler.az-ın TASS-a istinadla verdiyi məlumata görə, o bildirib ki, Vaşinqton İran liderinə məxsus helikopterə texniki xidmət göstərilməsini qadağan edən sanksiyalar tətbiq edib.

“Onlar öz şirkətlərinə ona xidmət etməyi qadağan ediblər. Ona görə də bu həm də onların da günahıdır”.

Lukaşenko həmçinin xatırladıb ki, ABŞ-ın oxşar məhdudiyyətləri onun təyyarəsinə də şamil edilir. O bildirib ki, Vaşinqton öz hərəkətlərinə görə daha böyük güclərdən “cavab” alacaq. Belarus liderinin sözlərinə görə, ABŞ hər şeyə görə tam şəkildə cavabını alacaq və okeanın o tayında qisasdan gizlənə bilməyəcək. Sonda Lukaşenko Rəisini hər zaman dürüst dialoq aparan, ölkəsinin və xalqının mənafeyindən çıxış edən normal və xeyirxah insan adlandırıb və İranın mövcud vəziyyəti tam başa düşə biləcəyinə əminliyini bildirib.

QAZİLER.AZ

Diaspora