Qərb Ukrayna və Rusiya arasında danışıqlarda maraqlı deyil - ABŞ

Qərb Ukrayna və Rusiya arasında danışıqlarda maraqlı deyil -  ABŞ backend

Qərb Ukrayna və Rusiya arasında danışıqlarda maraqlı deyil. Müttəfiqlər hesab edirlər ki, Kiyevə döyüş meydanında vəziyyəti sabitləşdirmək  imkanı vermək daha vacibdir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib. O həmçinin bildirib ki, Moskva sülhdə maraqlı deyil.

“Ukraynanın döyüş meydanında sabitlik əldə etmək imkanının olması vacibdir”, - O`Brayen deyib.

Qeyd edək ki, bundan əvvəl Ceyms O`Brayen Şimali Atlantika Alyansının iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammit zamanı Ukraynanı NATO-ya üzv olmaq üçün dəvət etməyəcəyini bildirib.

QAZİLER.AZ

Diaspora