Kiyev iyul sammitində NATO-ya üzv olmaq üçün dəvət olunmayacaq

Kiyev iyul sammitində NATO-ya üzv olmaq üçün  dəvət olunmayacaq backend

Şimali Atlantika Alyansı iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammit zamanı Ukraynanı NATO-ya üzv olmağa dəvət etməyəcək.

Qaziler.az “RİA-Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib. O əlavə edib ki, müttəfiqlər Kiyevə “əhəmiyyətli dəstək” nümayiş etdirmək niyyətindədirlər.

“Biz Ukraynanın Alyansa dəvət ediləcəyini gözləmirik”, - diplomat bildirib.

QAZİLER.AZ

Diaspora