Rusiya Xarici İşlər Nazirliyi Yaponiya ilə hökumətlərarası sazişə xitam verildiyini elan edib. Buna görə də tərəflərin ixtisar edilməli olan nüvə silahlarının ləğvi ilə bağlı əməkdaşlıq etdiyi müvafiq müraciət hüquqi informasiya portalında dərc olunub.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, Moskva ilə Tokio arasında sənəd 1993-cü il oktyabrın 13-də Yaponiyanın paytaxtında imzalanıb.
“2024-cü il mayın 21-də Rusiya Federasiyası hökuməti ilə Yaponiya hökuməti arasında Rusiya Federasiyasında ixtisar edilməli olan nüvə silahlarının ləğv edilməsinə köməklik göstərilməsi və bu məqsədlər üçün əməkdaşlıq komitəsinin yaradılması üzrə əməkdaşlıq haqqında sazişə xitam verildi”, - məlumatda qeyd edilib.
QAZİLER.AZ