Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Fələstin dövlətçiliyinin tanınmasını radikal HƏMAS hərəkatı üçün deyil, Fələstin hakimiyyəti üçün nəzərdə tutulan hədiyyə ilə müqayisə edib.
Qaziler.az bildirir ki, bu barədə Reuters xəbər verir.
“Fələstin dövlətinin tanınması HƏMAS üçün hədiyyə deyil, əksinədir. Fələstin muxtariyyəti HƏMAS deyil, əksinə, onlar dərin qarşıdurma içindədirlər”, - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.
Borrelin sözlərinə görə, Avropa İttifaqının nümayəndələri artıq Fələstin hakimiyyəti ilə görüşüb və onları maliyyələşdiriblər.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Fələstin dövlətinə dəstək cəhdləri çox vaxt İsrail tərəfindən “antisemit hücumları” kimi qələmə verilir.
Mayın 22-də İspaniya, İrlandiya və Norveç Fələstini müstəqil dövlət kimi tanıdıqlarını elan etdilər. Qərar mayın 28-dən qüvvəyə minəcək.
QAZİLER.AZ