Vyetnamda 5 mərtəbəli binada baş verən yanğında 14 nəfər ölüb

Vyetnamda 5 mərtəbəli binada baş verən yanğında 14 nəfər ölüb backend

Vyetnamın paytaxtı Hanoyda 5 mərtəbəli binada baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qaziler.az  bildirir ki, "Vietnam News"un məlumatına görə, binanın yerləşdiyi küçənin darlığı səbəbindən yanğınsöndürmə qruplarının vaxtında müdaxilə edə bilməyən yanğında 14 nəfər həyatını itirib.

Yanğınsöndürmə briqadaları binada olan 3 nəfərin yaralandığını, birinci mərtəbədəki 4 nəfərin isə pəncərədən atılaraq xilas olduğunu bildirib.

Səlahiyyətlilər xəstəxanada müalicə olunan üç nəfərdən birinin səhhətinin ağır olduğunu qeyd edib.

Hanoy meri bildirib ki, yanğınla bağlı araşdırma başlayıb.

QAZİLER.AZ

Diaspora