Macarıstan NATO-ya üzvlüyünü yenidən müəyyənləşdirməyə çalışır - Orban

Macarıstan NATO-ya üzvlüyünü yenidən müəyyənləşdirməyə çalışır -  Orban backend

Macarıstan NATO üzvlüyünü yenidən müəyyənləşdirməyə çalışır. Budapeşt Alyansın üzv ölkələrindən kənarda döyüşlərə qatılacağı təqdirdə geri çəkilə bilmək imkanına malik olmaq istəyir.

Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" Macarıstanın baş naziri Viktor Orbana istinadən yazıb.

Orban bu barədə Macarıstan dövlət radiosuna müsahibəsində bildirib.

Macarıstanın baş naziri bildirib ki, ölkəsi NATO-ya üzvlük məsələsini yenidən nəzərdən keçirmək istəyir və guya rəsmilər bununla bağlı işləyirlər.

“Bizim hüquqşünaslar və zabitlərimiz Macarıstanın NATO ərazisindən kənarda NATO fəaliyyətlərində iştirak etməməsi üçün NATO üzvlüyünü necə qoruyub saxlaya biləcəyini təmin etmək üçün çox çalışırlar”, - o deyib.

QAZİLER.AZ

 

Diaspora