Hindistanın qərbindəki Maharaştra ştatında fabrikdə baş verən partlayış və ardınca yanğın nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.
Qaziler.az xəbər verir ki, Thane bölgəsinin rəsmisi Saçin Secal "Press Trust of India" xəbər agentliyinə verdiyi açıqlamada, Thane rayonunda kimyəvi istehsal fabrikinin qazanında baş verən partlayışın yanğına səbəb olduğunu bildirib.
Secal hadisə zamanı 9 nəfərin öldüyünü, 64 nəfərin yaralandığını bildirib.
Yanğınsöndürənlər yanğını nəzarətə götürərkən, partlayışın səbəbi ilə bağlı araşdırma başladılıb.
Ölənlərin sayının artacağından narahatlıq ifadə olunub.
QAZİLER.AZ