Taksi sürücüsü yuxuladı, sərnişin sükan arxasına keçdi

Taksi sürücüsü yuxuladı, sərnişin sükan arxasına keçdi backend

Taylandda getdikləri taksinin sürücüsünün yatdığını görən sərnişin qadın sükan arxasına keçib, taksi sürücüsü isə bütün yol boyu arxa oturacaqda yatıb.

Qaziler.az xarici mətbuata istinadən bildirib ki, Taylandın Pattaya şəhərindən təxminən 164 kilometr aralıda yerləşən Don Muang hava limanına getmək üçün gecə saatlarında taksi çağıran iki qadın taksi sürücüsünün bir müddət sonra yuxuladığını görüblər.

 Gecə yaşadıqları ərazidə başqa taksi tapa bilməyəcəklərini düşünən qadınlar sürücüyə nəqliyyat vasitəsini özlərinin istifadə etməyi təklif ediblər.


Taksi sürücüsü müştərinin təklifini qəbul edərək daha sonra arxa oturacağa keçib, iki qadın isə ön oturacaqda yola davam edib.

Rəfiqəsinin lentə aldığı görüntülərdə gənc qadının avtomobili özü idarə etdiyi, taksi sürücüsünün isə arxa oturacaqda yatdığı görülüb.


Taksi idarə edən 30 yaşlı Pinthong adlı qadın hadisə zamanı təyyarəyə yetişmək üçün hava limanına getdiklərini və başqa bir taksi tapmaq çətin olacağı üçün nəqliyyat vasitəsini istifadə etməyi təklif etdiyini bildirib. Taksini idarə edən qadınlar mənzil başında sürücüyə gediş haqqını da ödəyiblər.

QAZİLER.AZ

Diaspora