ABŞ Keniyanı NATO-dan kənar əsas müttəfiqləri sırasına daxil edir

ABŞ Keniyanı NATO-dan kənar əsas müttəfiqləri sırasına daxil edir backend

ABŞ Prezidenti Cozef Bayden Konqresi Keniyaya Şimali Atlantika Müqaviləsi Təşkilatının xaricində əsas müttəfiq statusu vermək planları barədə məlumat verib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Amerika lideri qərarının səbəbini də açıqlayıb: “Mən bu qərarı Keniyanın ABŞ-ın Afrika Komandanlığının məsuliyyət zonasında və bütün dünyada illər ərzində göstərdiyi yardımı və Keniya hökuməti ilə ikitərəfli müdafiə və təhlükəsizlik əməkdaşlığını dərinləşdirməyin öz milli maraqlarımıza uyğun olduğunu nəzərə alaraq qəbul etdim”.

Diaspora