Orban Avropanın təhlükəsizliyi üçün Rusiya ilə ABŞ arasında danışıqları zəruri hesab edir

Orban Avropanın təhlükəsizliyi üçün Rusiya ilə ABŞ arasında danışıqları zəruri hesab edir backend

Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün Moskva ilə Kiyev arasında paralel danışıqlar aparmaq kifayət deyil, 20-30 il ərzində Avropada təhlükəsizlik sistemini müəyyən etmək üçün bu danışıqlar Rusiya ilə ABŞ arasında təşkil olunmalıdır.

Qaziler.az bildirir ki. bu barədə mayın 23-də Macarıstanın baş naziri Viktor Orban məlumat deyib.

“Düşünürəm ki, sülh danışıqlarının kimlər arasında olacağı barədə düşünməliyik. Ukrayna ilə Rusiya arasında “hərbi əməliyyat” iki ölkənin bir-birinə qarşı durduğunu demək qədər sadə deyil. Ukraynanın arxasında bütün Qərb dayanır”, - o, Macarıstanın Blikk.hu portalına müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, Qərb dövlətləri vasitəçinin köməyi ilə Rusiyaya qarşı kampaniya aparır. Orban izah edib ki, Moskva ilə Kiyev arasında hansısa təmas olmalıdır, lakin bunun ardınca Rusiya  ilə ABŞ arasında da danışıqlar aparılmalıdır və bu, bütün Avropa təhlükəsizlik sisteminə təsir edə bilər.

QAZİLER.AZ

 

Diaspora