Oksford Universitetində Qəzzaya dəstək aksiyası: 16 tələbə saxlanılıb

Oksford Universitetində Qəzzaya dəstək aksiyası: 16 tələbə saxlanılıb backend

İngiltərənin Oksford Universitetinin İsraillə əlaqələri kəsməsi və Qəzzada atəşkəs tələbi ilə rektorluq binasında başlayan oturaq aksiyaya polis müdaxilə edib, 16 tələbə saxlanılıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, İngiltərənin Oksford Universitetinin "Oxford Action for Palestine" tələbə qrupunun verdiyi açıqlamaya görə, tələbələr bu gün səhər saatlarında universitetin rektorluq binası qarşısında oturaq etiraz aksiyasına başlayıblar.

Açıqlamada tələbələrin məktəbdə iki fərqli nöqtədə çadır qurduqları və universitetin İsraillə işbirliyinə etiraz etdikləri bildirilib: “Oturaq aksiya universitet rəhbərliyinin tələbə koalisiyasının görüşü tələbi ilə keçirilib. Bəyanatımızda oturaq aksiyanın səbəbləri sadalanıb və administrasiya ən qısa zamanda danışıqlara çağırılıb”, -  ifadələrdən istifadə olunurdu.

Açıqlamada o da bildirilib ki, universitet rəhbərliyi aylardır həyata keçirilən tədbirlərə, göndərilən sorğulara və həftələrlə davam edən nizamlama hərəkətlərinə baxmayaraq tələbələrlə danışıqlar aparmayıb.

QAZİLER.AZ

Diaspora