Çexiya ukraynalı qaçqınlardan qazanc əldə edir

Çexiya ukraynalı qaçqınlardan qazanc əldə edir backend

Ukraynalı qaçqınlar 2024-cü ilin ilk üç ayında Çexiyaya gəlir gətirməyə başlayıblar. Onların sayəsində dövlət gəliri təxminən üç milyard çex kronu təşkil edib.

Qazilrer.az bildirir ki, bu barədə Çexiyanın “Novinky” nəşri məlumat yayıb.

“Ukraynadan olan qaçqınlar Çexiya dövlətinə pul verməyə başlayırlar. Bu ilin ilk üç ayında onlar dövlət xəzinəsinə təxminən üç milyard kron çox vəsait köçürüblər”, - nəşr yazır.

Qeyd olunur ki, Çexiyada Ukraynadan olan 350 minə yaxın qaçqın var, onlardan 118 mini işlə təmin olunub.

Nəşrin yazdığına görə, Çexiya dövlətinin ukraynalı qaçqınlardan əldə etdiyi gəlirin artmaqda davam edəcəyini gözləmək olar.

QAZİLER.AZ

Diaspora