“Milka” 337,5 milyon avro cərimələnib

“Milka” 337,5 milyon avro cərimələnib backend

Avropa Komissiyası Amerika qənnadı şirkəti “Mondelez”i (Oreo, Alpen Gold, Milka, Toblerone istehsalçısı) şokolad bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə 337,5 milyon avro cərimələyib.

Qaziler.az bildirir ki, bu haqda “Bloomberg” məlumat yayıb.

“Mondelez” 2012-2019-cu illər arasında topdansatışçıların məhsullarını yenidən sata biləcəyi Avropa Birliyi ərazilərini məhdudlaşdıraraq qanunu pozub. Bundan əlavə, AK-nın məlumatına görə, 2006-cı ildən 2020-ci ilə qədər şirkət distribyutorlara digər Avropa ölkələrində satış sorğularına cavab verməyə icazə verməyib. Nəticədə qonşu Aİ ölkələrində “Mondelez” məhsullarının qiymət fərqi 40%-ə qədər çata bilər.

“Mondelez” əvvəllər Rusiyada fəaliyyətini davam etdirmək üçün təzyiqlərlə üzləşmişdi. Bu arada şirkət rəhbəri investorların ölkəni tərk etməyə marağının olmadığını açıqlayıb.

QAZİLER.AZ

Diaspora