Putin Bəhreyn kralına qulaqlığı taxmağa kömək etdi

Putin Bəhreyn kralına qulaqlığı taxmağa kömək etdi backend

Rusiya prezidenti Vladimir Putin tərəflər arasında danışıqlar başlamazdan əvvəl Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifəyə sinxron tərcümə üçün qulaqlığını düzəltməyə kömək edib.

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bəhreyn kralı qulaqlığı taxa bilməyib və Rusiya lideri bunun necə edildiyini ona göstərib. Bir müddət sonra nümayəndə heyətləri danışıqlara başlayıb.

Mayın 23-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin Kreml sarayında Bəhreyn kralı ilə görüşəcək. Rusiya Federasiyası Prezidentinin mətbuat katibinin sözlərinə görə, əvvəlcə Rusiya lideri və monarx dar tərkibdə danışıqlar aparacaq, daha sonra nümayəndə heyətləri arasında danışıqlar aparılacaq və görüş sənədlərin imzalanması ilə başa çatacaq.

QAZİLER.AZ

Diaspora