Fransa Prezidenti Emmanuel Makron artıq bir müddətdir iğtişaş və gərginliyin davam etdiyi Yeni Kaledoniyaya səfər edib.
Mətbuat yazır ki, Fransa dövlət başçısını səfərdə müdafiə naziri, daxili işlər naziri və dənizaşırı ərazilər naziri müşayiət edirlər.
Qeyd olunub ki, E.Makron paytaxt Numeada verdiyi ilk açıqlamada bildirib ki, Yeni Kaledoniyaya iğtişaşları yatırmaq üçün yerləşdirilən təhlükəsizlik qüvvələrinin üç min əməkdaşı adada qalmaqda davam edəcək.
Fransa prezidenti əlavə edib ki, təhlükəsizlik qüvvələri, hətta bu il yayda Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı adadan çıxarılmayacaq.
Məlumat üçün qeyd edək ki, E.Makronun adaya səfəri cəmi bir gün davam edəcək.