Fransa nüvə başlığı daşıya bilən yenilənmiş səsdən sürətli ASMPA raketinin ilk sınaq buraxılışını gerçəkləşdirib.
Qaziler.az xəbər verir ki, bu haqda Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu “Twitter” (X) sosial şəbəkəsində paylaşım edib.
Planlaşdırılan buraxılış mayın 13-dən iyunun 14-dək keçirilən Durandal hərbi təlimləri çərçivəsində baş tutub.
“Hərbi Hava Qüvvələrinin “Rafale” strateji qırıcısı yenilənmiş səsdən sürətli nüvə raketi ASMPA-nın bortda faydalı yükü olmayan ilk uçuş sınaq buraxılışını uğurla başa çatdırıb”, - nazir açıqlamasında bildirib.
QAZİLER.AZ