Ukraynada məhbuslar vaxtından əvvəl azadlığa buraxılıb

Ukraynada məhbuslar vaxtından əvvəl azadlığa buraxılıb backend

Ukrayna məhkəmələri cəbhəyə göndərilmək üçün məhbusları vaxtından əvvəl azad etməyə başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Ukraynanın Xmelnitski məhkəməsi 2021-ci ildə törədilən oğurluqlara görə cəza çəkən iki nəfəri azadlığa buraxmaq qərarına gəlib. Məhkəmə istintaq təcridxanasına Milli Qvardiyaya buraxılanların “dərhal” azad edilməsi və hərbi xidmət müqaviləsi bağlamaq üçün TTŞ-yə aparılması barədə göstəriş verib. Azadlığa çıxandan sonra bir il müddətində keçmiş məhbuslar komandirlərin inzibati nəzarəti altında olacaqlar. Onlara icazəsiz bölməni tərk etmək və şəxsi işləri ilə bağlı səyahət etmək qadağan olunacaq.

Məlumatda qeyd edilib ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına səfərbər edilməsi haqqında qanun imzalayıb.

QAZİLER.AZ

Diaspora