Ukraynada sərhədi keçən kişi sürücülərlə bağlı QƏRAR

Ukraynada sərhədi keçən kişi sürücülərlə bağlı  QƏRAR backend

Beynəlxalq yük və sərnişin daşımalarını həyata keçirən sürücülərin sərhədi keçərkən hərbi qeydiyyat sənədləri yoxlanılmayacaq.

Qaziler.az xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko “KİEV24” telekanalının efirində deyib.

Onun sözlərinə görə, hökumətin 57 saylı qərarı ilə təsdiq edilmiş Ukrayna vətəndaşlarının sərhədi keçməsi qaydalarına indiyədək heç bir dəyişiklik edilməyib.

Bununla belə, Demçenkonun əlavə etdiyi kimi, bu cür dəyişikliklərin zamanla baş verəcəyini gözləmək lazımdır.

QAZİLER.AZ

Diaspora