ABŞ peyklərinin təhlükəsizliyindən narahatdır

ABŞ peyklərinin təhlükəsizliyindən narahatdır backend

Birləşmiş Ştatlar aşağı Yer orbitində öz peyklərinin mühafizəsini təmin etmək istəyir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun bildirib.

Brauna Pentaqonun mayın 16-da Rusiyanın guya anti-peyk silahları daşıya bilən cihazı aşağı Yer orbitinə çıxarması faktı ilə bağlı fikirlərini soruşublar.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb ki, kosmos indi ABŞ-ın “kosmosdakı münaqişələrdən narahat olmadığı” bir vaxtda “bir neçə il əvvəlkindən daha çox problem” yaradır.

Braun əlavə edib ki, vəziyyət ABŞ-nin düşmənlərinin bu sahədə fəaliyyət göstərməsi səbəbindən dəyişib.

O əlavə edib ki, Amerika tərəfi öz peyklərinin Yer orbitində təhlükə ilə üzləşməsini istəmir. Pentaqon istər kosmosda, istər hava məkanında, istər quruda və ya dənizdə özünü müdafiə etmək imkanlarına malik olduğundan əmin olmaq istəyir.

QAZİLER.AZ

Diaspora