Böyük Britaniyanın Baş naziri Rişi Sunak 2024-cü ilin iyuluna Britaniyada ümumi seçki təyin edəcək.
Qaziler.az bildirir ki, bu barədə “The Guardian” yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl Sunak inflyasiyanın azaldığını və iqtisadi inkişaf dinamikası üzərində nəzarətin bərpa olunduğunu bəyan edib. Bununla belə, insayderlər hesab edirlər ki, ölkənin iqtisadi göstəriciləri yayın sonuna qədər pisləşməkdə davam edəcək və hökumət sığınacaq axtaranları Ruandaya deportasiya etmək qərarı ilə bağlı problemlərlə üzləşəcək. Ona görə də Mühafizəkarlar üçün parlament seçkilərini payızda deyil, yaxın gələcəkdə təyin etmək faydalı olacaq.
Mənbələr seçkilərin mümkün tarixini iyulun 4-nə təyin edir və bunu onunla əsaslandırırlar ki, bu vaxta qədər hökumət cari işləri yekunlaşdıra və parlamentdə ciddi müzakirələrə səbəb olmayan qanun layihələrini qəbul edə bilər.
QAZİLER.AZ