Fransa və Almaniya Fələstini hələ tanımaq istəmir - SƏBƏBİ

Fransa və Almaniya Fələstini hələ tanımaq istəmir - SƏBƏBİ backend

Fransa indi Fələstinin tanınmasının Yaxın Şərq münaqişəsinin siyasi həllinə töhfə verəcəyinə inanmır.

Qaziler.az “RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Almaniya hələ Fələstini “simvolik olaraq” tanımaq niyyətində deyil.

Mayın 22-də Sejurne bildirib ki, Fələstin dövlətçiliyinin tanınması məsələsi Fransa üçün tabu deyil, lakin indi bunun üçün uyğun vaxt deyil.

Həmin gün Norveç hökuməti Fələstin Dövlətinin müstəqilliyini tanıdığını rəsmən elan edib. Qərar isə mayın 28-dən qüvvəyə minəcək. Norveçdən sonra Fələstinin müstəqilliyi İrlandiya və İspaniya tərəfindən tanınıb. Bunun fonunda İsrail növbəti məsləhətləşmələr üçün Norveç və İrlandiyadakı səfirlərini geri çağırıb və İspaniyanı da oxşar tədbirlərlə hədələyib.

Qeyd edək ki, indiyədək Fələstini Avropa Birliyinə üzv olan doqquz ölkə tanıyıb. Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya müvafiq qərarı 1988-ci ildə, hətta Aİ-yə daxil olmamışdan əvvəl, İsveç isə 2014-cü ildə qəbul ediblər.

QAZİLER.AZ

Diaspora