Dağıstanlılar tatar bloqqeri cinsi söhbətlərə görə üzr istəməyə məcbur etdilər - FOTO

Dağıstanlılar tatar bloqqeri cinsi söhbətlərə görə üzr istəməyə məcbur etdilər - FOTO backend

Kazanda yerli bloqqer Rüstəm Saraçovu dağıstanlı kişilər ziyarət edib və ondan qafqazlı kişilər haqqında söylədiyi sözlərə görə üzr istəməsini tələb ediblər.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.

Qeyd edilib ki, Saraçov Tatarıstanda yaşayır və müsəlmanlar üçün cinsi təhsil haqqında bloq yazır.

Bu yaxınlarda bloqqerin Dağıstanda cinsi tərbiyə ilə bağlı mühazirə oxuması planlaşdırılırıb. Amma Qafqaz respublikasında mühazirə bölgənin adət-ənənələrinə uyğun gəlmədiyi əsas gətirilərək qadağan edilib. Saraçov buna qəzəblənib və qafqazlı kişilərindaha çox “tiran və zorakılıq” etdiklərini bildirib. Onun sözlərinə görə, bunu bölgədəki boşanma statistikası da təsdiqləyir.

Dedilər ki, bu, onlarda qəbul eedilmir. Yəqin ki, boşanma nisbətinin 95% olmasının səbəbi budur. Öz adətlərinizlə, hər şeyin qadağan, haram olduğu, hər şeyin əstağfirullah ("Allah bağışlasın!" kimi tərcümə olunur) olan adət-ənənələrinizlə yaşayırsınız. Amma biz həyat yoldaşlarımızla sevişərək rahat yaşayırıq. Siz isə boşanma şəraitində yaşayırsınız”, – bloqqer bildirib.

Ertəsi gün Saraçovun bloqunda üzrxahlıq çıxıb.

“Dağıstanlı qardaşlar mənimlə danışıb səhvlərimi qeyd etdilər. Mən onlara tam etiraf etdim. Nahaq yerə Dağıstan kişilərini təhqir etmişəm. Allah rizası üçün əməllərimə görə bağışlanma diləyirəm”, - Saraçov bildirib.

Sonradan onu görməyə Mahaçqaladan bir qrup kişi gəlib. İnternetdə onları "şir" kimi təqdim edirlər. Onların şirkətində də bloqqer yenə səhv etdiyini təkrarlayıb.

QAZİLER.AZ

Diaspora