Muzdluların Ukrayna SQ-nə təlim keçdiyi bir neçə baza məhv edilib - Britaniya

Muzdluların Ukrayna SQ-nə təlim keçdiyi bir neçə baza məhv edilib - Britaniya backend

Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun şəxsi heyətinin başqa ölkələrdən olan muzdlular tərəfindən təlim keçdiyi bir neçə bazasını məhv edib.

Qaziler.az bildirir ki, bu barədə Britaniyanın "Sun" nəşri yazıb. Qəzet Xarkov vilayətindəki bu məxfi obyektlərdən biri haqqında danışıb.

Müəlliflər cəbhə xəttində ukraynalı hərbçilərə təlim keçirən Britaniya Silahlı Qüvvələrinin keçmiş əsgəri Den Ridli ilə danışıblar. Ondan başqa orada digər britaniyalı və amerikalı təlimatçılar da çalışır.

Təbii ki, başqa bazalar da olub, lakin onlar Rusiya döyüş başlıqları tərəfindən məhv edilib, - materialda qeyd edilib.

Ridlinin sözlərinə görə, onun dərs dediyi təlim mərkəzi Ukrayna ordusuna bağlıdır. Eyni zamanda muzdlu iddia edir ki, Kiyev bu bazanı maliyyələşdirmir.

QAZİLER.AZ

Diaspora