İtaliyada bir qrup şəxs Fələstinə dəstək üçün qurulan çadırlara hücum edib

İtaliyada bir qrup şəxs Fələstinə dəstək üçün qurulan çadırlara hücum edib backend

Bir qrup şəxs Fələstinə dəstək və həmrəylik nümayiş etdirmək üçün çadırların qurulduğu İtaliyanın ali təhsil ocaqlarından biri olan Milan Dövlət Universitetinin çadırlarına hücum edib.

Qaziler.az bildirir ki, İtaliya mətbuatında yer alan xəbərə görə, tələbələr, mayın 10-dan etibarən Milan Dövlət Universitetinin (Statale) həyətində və binası içərisində çadırlar quraraq İsrailin Qəzzaya hücumlarına etiraz edir və İsrail məktəbləri ilə elmi əməkdaşlıq müqaviləsini ləğv etməyi tələb edirlər. Onlar 10 nəfərlik qrup tərəfindən hücuma məruz qalıblar.

Özlərini “Kommunist Mübarizə” fəalı kimi təqdim edən 10 nəfərin Fələstin üçün qurduqları çadırlarda qalan tələbələrə hücum etdiyi, daha sonra iki qrup arasında dava çıxdığı qeyd edilib.

Sosial şəbəkələrdəki bəzi şərhlərdə çadırlara hücum edənlərin “sionist qrup” olduğu bildirilib.

QAZİLER.AZ

Diaspora