Fələstinə dəstək və Qəzza zolağında müharibəyə qarşı çıxan onlarla nümayişçi Niderlandın cənubundakı Maastrixt Universitetinin (UM) İncəsənət və Sosial Elmlər Fakültəsi binasını zəbt edib.
Qaziler.az bildirir ki, L1 Nieuws telekanalının mayın 22-də verdiyi məlumata görə, təhsil müəssisəsi qeyd olunan fakültədə dərsləri müvəqqəti dayandırmalı olub.
Nümayişçilər universitetdən İsraillə bütün əlaqələrin kəsilməsini tələb edirlər. Universitet sözçüsünün sözlərinə görə, binada nə qədər etirazçının olduğu və onların universitet tələbəsi olub-olmadığı hələ də bəlli deyil. Amma fəallardan yeddisi rəhbərliklə danışıqlara getməyə hazırdır. Bu məqsədlə jurnalistlər də dəvət olunacaq.
Digər fakültələrdə dərslər adi qaydada davam edir.
Fələstin tərəfdarı tələbələr mayın əvvəlində Amsterdam, Qroningen və Utrext də daxil olmaqla, Hollandiyanın müxtəlif şəhərlərindəki universitetlərdə nümayişə başlayıblar. Onlar universitet rəhbərliyindən İsrail şirkətləri ilə əməkdaşlığı dayandırmağı tələb edirlər.
QAZİLER.AZ