Çərşənbə günü Vilnüsdə Seymin yaxınlığında "Boçyay" Milli Cəmiyyətlər Assosiasiyası və Litva Yaşlılar Assosiasiyası pensiyaların azlığına etiraz olaraq aksiya keçirib.
Qaziler.az delfi-yə istinadən bildirir ki, mitinqə Prezident Aparatının nümayəndəsi də çıxıb.
Aksiyada Gedimino prospekti ilə yürüş nəzərdə tutulub.
Tədbirdə iştirak edən ahıllar “Sodra”nın 3 milyard avroluq pensiya ehtiyatının yenidən bölüşdürülməsini, bununla da alınan minimum pensiyaların artırılmasını tələb edirlər.
Təşkilatçıların sözlərinə görə, Litva Avropa İttifaqında pensiyaların həcminə görə sonuncu yerdədir və ölkədə 180 min insan cəmi 345 avro pensiya alır. İştirakçılar ikinci pilləli pensiya fondlarından da narazıdırlar, çünki onlar daha yüksək pensiyaya zəmanət vermirlər.
QAZİLER,AZ