İrlandiya və İspaniya Fələstin dövlətini tanımaq qərarına gəliblər.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə mayın 22-də İrlandiyanın baş naziri Saymon Harris məlumat verib.
"Bu gün İrlandiya, Norveç və İspaniya Fələstin dövlətini tanıdıqlarını elan etdilər", - baş nazirin bəyanatı haqqında "Reuters" xəbər verir.
Qeyd olunur ki, qərar mayın 28-dən qüvvəyə minəcək.
Harris onu da əlavə edib ki, digər ölkələrdən də oxşar addımlar gözləyir.
QAZİLER.AZ