Mayın 21-də rumıniyalı deputat Dan Vılçan parlamentin iclası zamanı Liberal Partiyadan olan həmkarı Florin Romanın burnunu dişləyib.
Qaziler.az bildirir ki, bu barədə məlumatı "İzvesti"ya yayıb.
Hadisə parlamentin foyesində baş verib. Deputatlar əvvəlcə əlbəyaxa olublar.
“O, məni adamyeyən kimi baş nahiyəmdən dişləməyə çalışdı və başımı aşağı salanda məni dizi ilə vurdu”, – G4media xəsarət alandan sitat gətirir.
Onun sözlərinə görə, bu, dava deyil, hücum olub.
Vılçan da öz növbəsində təxribata məruz qaldığını, bundan sonra Romanın çiynindən tutduğunu, lakin onunla dava etmədiyini bildirib.
QAZİLER.AZ