Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı İsveçlə danışıqlara başlayıb

Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı İsveçlə danışıqlara başlayıb backend

Ukrayna İsveçlə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin bağlanması üzrə danışıqlara başlayıb.

Qaziler.az "RBK-Ukrayna"ya istinadən xəbər ki, bu barədə Ukrayna prezidentinin ofisindən bildirilib.

Qeyd olunur ki, danışıqlar prezident Vladimir Zelenskinin göstərişlərini yerinə yetirmək üçün və onun İsveçin baş naziri Ulf Kristersson ilə son telefon danışığının davamı olaraq başlayıb.

Danışıqlar üzrə Ukrayna nümayəndə heyətinə Dövlət Prezident Aparatının rəhbəri Andrey Yermak başçılıq edir. Lakin danışıqların bugünkü raunduna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva rəhbərlik edib.

QAZİLER.AZ

Diaspora