Amerikalı müğənni Elvis Preslinin şəxsi "İncil" nüsxəsi qarşıdan gələn "Hilton Elvis Presley Artifacts" auksionunda satışa çıxarılacaq.
Qaziler.az bildirir ki, bu barədə mayın 21-də hərrac evinin saytında məlumat verilib.
Hərraca həmçinin onun Qərbi Almaniyada xidmət edərkən geyindiyi kostyum, “Elvis on Tour” filmindən günəş eynəyi, üzüklər və özünün hazırladığı saat, həmçinin gitara, palto və kreslo da çıxarılıb.
Qarşıdan gələn hərracda lotlardan biri müğənnilər Teylor Svift və Emi Uaynxausun paltarları olacaq.
QAZİLER.AZ