İtaliyada ard-arda baş verən zəlzələlər qorxu yaradıb

İtaliyada ard-arda baş verən zəlzələlər qorxu yaradıb backend

İtaliyanın Neapol şəhəri yaxınlığındakı vulkanik bölgə olan Campi Flegreidə ötən gecə qeydə alınan ardıcıl zəlzələlər insanlar arasında narahatlıq yaradıb.

Qaziler.az  bildirir ki, İtaliya mətbuatında yer alan xəbərdə Campi Flegreidə yaşanan təxminən 160 irili-xırdalı zəlzələnin bölgə əhalisinin narahatlığına səbəb olduğu bildirilib.

Ardıcıl baş verən zəlzələlərin ən böyüyünün 4,4 bal gücündə olduğu və bunun son 40 ildə qeydə alınan ən güclü zəlzələ olduğu qeyd edilib.

Zəlzələlərdə can və ya mal itkisi olmasa da, bəzi binalarda çatların əmələ gəldiyi, bəzi binaların fasadlarından parçaların düşdüyü bildirilib.

QAZİLER.AZ

Diaspora