Mayın 21-də Moldova Avropa İttifaqı ilə təhlükəsizlik sazişi imzalayaraq, Aİ ilə belə bir saziş bağlayan ilk ölkə oldu.
Qaziler.az bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cosep Borrel Twitter-də (X) yazıb.
"Moldova Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayan ilk ölkə oldu. Bu tərəfdaşlıq ölkənin dayanıqlığını artıracaq", - Borrel yazıb.
Onun sözlərinə görə, saziş bizə “ümumi təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizə aparmağa, qarşılıqlı fəaliyyəti daha effektiv etməyə və əməkdaşlığın yeni sahələrini araşdırmağa” imkan verəcək.
QAZİLER.AZ