Polşada mayın 17-də sərhədçilər Kalininqrad vilayəti ilə sərhəddə 5 Almaniya vətəndaşından ibarət turist qrupunu saxlayıblar.
Qaziler.az bildirir ki, bu barədə mayın 21-də Polşa sərhəd xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, turistlər Polşa və Rusiya əraziləri arasındakı ayırıcı zolağa daxil olaraq tikanlı məftillərə toxunublar.
TASS sərhəd xidmətinin məlumatına istinadən xəbər verir ki, turist qrupunun hərəkətləri sərhəd bölməsində quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb.
Hadisə yerinə gedən patrul Almaniya vətəndaşlarını saxlayıb. Sərhədi pozanlar oranı özbaşına tərk etdikləri üçün onların hər biri cəmi 128 dollar cərimə olunub.
Hadisə mayın 17-də baş verib, lakin bu barədə Polşa sərhəd xidmətinə yalnız çərşənbə axşamı, mayın 21-də məlumat verilib.
QAZİLER.AZ