“Taliban”ın rəsmi nümayəndə heyətinin bir hissəsi bir həftə Şeremetyevo hava limanının steril zonasında yaşamağa məcbur olub.
Qaziler.az bildirir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Onların Kazana “Rusiya - İslam Dünyası: KazanForum”a heç bir izahat verilmədən buraxılmadığı qeyd edilib.
“Taliban” Moskvaya gəlib və oradan Kazana gedən təyyarəyə minib. Lakin sərhəd nəzarətində nümayəndə heyəti üçün suallar yaranıb. Nəticədə Əfqanıstan nümayəndələrinin yalnız yarısı foruma uçub, qalanları isə vəziyyət aydınlaşana qədər hava limanındakı oteldə qalıb.
QAZİLER.AZ