Litvada səmada görünəcək təyyarələrlə bağlı xəbərdarlıq edildi

Litvada səmada görünəcək təyyarələrlə bağlı  xəbərdarlıq edildi backend

Litva sakinlərinə respublika səmasında hərbi təyyarələrin intensiv hərəkəti ilə bağlı xəbərdarlıq edilib.

Qaziler.az “Delfi” nəçrinə istinadla xəbər verir ki, buna hərbi təlimlər səbəb olub.

Qeyd olunur ki, təlimlər mayın 21-dən 30-dək keçiriləcək. Bu, aprel-iyun ayları arasında keçirilən hərbi təlimlərin ən böyük və ən gərgin silsilələrindən biridir. Təlimdə Litva və onun müttəfiq dövlətlərindən 20 mindən çox hərbi qulluqçu minlərlə hərbi texnikadan istifadə edərək iştirak edəcək.

"Sakinlərdən və qonaqlardan sakit qalmaları və normal fəaliyyətlərinə davam etmələri xahiş olunur", - deyə nəşr yazıb.

Mayın 1-də bildirilib ki, Litvada 2,5 min ehtiyatda olan əsgər Qayjunay poliqonunda hərbi təlimlərə çağırılıb. Respublikanın ordu komandanlığı izah edib ki, təlimin məqsədi dinc həyatdan hərbi əməliyyata keçid üçün məşq etməkdir.

QAZİLER.AZ

Diaspora