Bu addımlar Almaniyanı Ukrayna münaqişəsinə cəlb edir - Olaf Şolts

Bu addımlar Almaniyanı Ukrayna münaqişəsinə cəlb edir - Olaf Şolts backend

Qərb ölkələri Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməməlidir, çünki belə bir addım onları birbaşa Rusiya ilə hərbi əməliyyatlara cəlb edə bilər.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Almaniya Sosial Demokrat Partiyasının “YouTube” kanalında yayımlanan seçkiqabağı tədbir çərçivəsində məlumat verib.

"Bu gün nəsə deməkdə sağlam məntiq yoxdur. Biz buna bənzər bir şey edəcəyik, ancaq bəlkə də yalnız 70 və ya 100 kilometrə...", - Şolts deyib.

Almaniya kansleri xatırladıb ki, Rusiyanın xüsusi hərbi əməliyyatının əvvəlində Ukrayna üzərində uçuşa qadağan zonanın tətbiqi ideyası müzakirə olunub. Onun sözlərinə görə, bu, o deməkdir ki, Qərb NATO-nun köməyi ilə “Ukraynalı olmayan bir nəfər də olsun qırıcının ölkə üzərindən uçmayacağını” təmin edə bilər.

O, belə addımların Almaniyanı birbaşa Ukrayna münaqişəsinə cəlb edə biləcəyini vurğulayıb. Onun fikrincə, nə Aİ, nə də ABŞ hərbi əməliyyatların birbaşa iştirakçısına çevrilməməlidir.

QAZİLER.AZ

Diaspora