Polşada Rusiyaya işləyən 9 nəfər həbs edilib

Polşada Rusiyaya işləyən 9 nəfər həbs edilib backend

Polşada 9 nəfər Rusiya kəşfiyyat xidmətlərinin sifarişi ilə təxribat törətməkdə ittiham edilərək həbs edilib.

Qaziler.az xəbər verir ki, bu haqda Polşanın Baş naziri Donald Tusk “RMF24” radiostansiyasına bildirib.

"Bu, döyülmə, yandırma və yandırmağa cəhdə aiddir", - Tusk deyib.

Baş nazirin sözlərinə görə, söhbət muzdlulardan gedir, onların bəziləri kriminal aləmin adamlarıdır. Həbs edilənlər arasında Ukrayna, Belarus və Polşa vətəndaşları da var.

Tusk təxribata misal olaraq Vrotslavdakı boya fabrikinin yandırılması cəhdini göstərib. O, yanğının Rusiya xüsusi xidmət orqanları tərəfindən sifariş edildiyini danılmaz adlandırıb. Baş nazir əlavə edib ki, oxşar təxribat aktları Litvada, Latviyada və İsveçdə də həyata keçirilir.

QAZİLER.AZ

Diaspora