Ukrayna prezidenti Volodimir Zelenskinin rejimi ölkəni fəlakətə sürükləyib.
Qaziler.az xəbər verir ki, bu fikirləri Zelenski ofisinin keçmiş müşaviri Aleksey Arestoviç teleqram kanalında bildirib. Onun sözlərinə görə, Ukrayna lideri 5 il əvvəl ölkəni dəyişmək şansı əldə edib, lakin o bundan istifadə etməyib.
“Seçki proqramını götürün, onun orada nələr dedi-qodu etdiyini, nələr danışdığını müqayisə edin, onda başa düşəcəksiniz ki, bizi aldadıblar”, – Aretoviç bildirib.
O, hesab edir ki, Zelenski “hər şeyi tualetə atıb” və Ukrayna xalqı indi “ümiddən məhrumdur”, çünki vəd edilən heç bir şey yerinə yetirilməyib. Aretoviçin sözlərinə görə, indiki dövlət başçısının beş illik prezidentliyinin nəticəsi fəlakətlə nəticələnib.
QAZİLER.AZ