“Rusiya lideri Vladimir Putinin İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirakından söhbət getmir”.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ümumilikdə bu mərasim beynəlxalq iştirakı nəzərdə tutmur.
Xatırladaq ki, mayın 19-da İbrahim Rəisi dağlarda helikopterin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. Hadisə zamanı təyyarədə olan İranın XİN rəhbəri və bütün ekipaj üzvləri həlak olub.
QAZİLER.AZ