İyul ayına qədər Kiyev Rusiyanın təxminən 3 milyard avroluq aktivinə çıxış əldə edəcək.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Belçikanın xarici işlər naziri Adja Lyabib bildirib. Onun verdiyi məlumata görə, bu, Avropada dondurulmuş Rusiya pullarından Ukraynaya hərbi yardım üçün istifadə etmək qərarı təsdiqləndikdən sonra baş verəcək.
“Nəhayət başa çatan bu uzun iş Ukraynaya iyul ayına qədər təxminən 3 milyard avro dəyərində mühüm maliyyə vəsaiti əldə etməyə kömək edəcək”, - belçikalı nazir deyib.
QAZİLER.AZ