2024-cü ildə Ukrayna dövlət borcu üzrə 25 milyard dollar ödəməlidir.
APA-nın “ukr.net”ə istinadən məlumatına görə, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilib.
2050-ci ilədək ödənilməli olan borcun məbləği ümumilikdə 51,3 milyard dollar təşkil edir.
Nazirliyin açıqlamasına görə, hesabat hazırlanarkən, bundan sonrakı dövrə qədər cəlb edilməli olan yeni maliyyə öhdəlikləri nəzərə alınmayıb.