İranın mərhum Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar yeddi ölkədə matəm elan olunub.
Bu barədə məlumatı İran KİV-i yayıb.
Bildirilib ki, İranda beş gün, Suriya və Livanda üç, Tacikistanda iki, İraq, Türkiyə, Hindistan və Pakistanda bir gün matəm elan olunub.
Mayın 19-da göyərtəsində İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin olduğu helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdəkilərin hamısı həlak olub.