Türkiyədə Rəisinin ölümü ilə əlaqədar matəm elan edildi

Türkiyədə Rəisinin ölümü ilə əlaqədar matəm elan edildi backend

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Türkiyədə birgünlük matəm elan edilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

“İran prezidentinin vəfatı ilə əlaqədar İran xalqı ilə dərin hüznünü bölüşmək üçün ölkəmizdə birgünlük matəm elan etmək qərarına gəldik”, - deyə Ərdoğan bildirib.

Report.az

Diaspora