Ukraynaya hərbi yardımla bağlı qərar Qərb müttəfiqləri tərəfindən çox ləng qəbul edilir.
Qaziler.az xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenski Kiyevə Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünü “bir böyük addım irəli, lakin ondan əvvəl iki addım geri” sözləri ilə izah edib.
Onun fikrincə, Qərb ölkələrindən Ukraynaya hərbi yardımla bağlı bir çox qərarlar “təxminən bir il gec verilir”.
"Reuters" öz nəşrində Zelenskinin söhbətdə bəzən sərt davrandığını və hətta səsini ucaltdığını qeyd edir. Agentlik onun Qərbdəki tərəfdaşların silah təchizatı məsələlərində gecikmələri və tərəddüdlərindən açıq-aşkar məyus olduğunu qeyd edib.
Ukrayna lideri həmçinin bildirib ki, Kiyev beynəlxalq tərəfdaşları ilə onların silahlarından Rusiya hərbi texnikasını sərhəddə və daha sonra Rusiya ərazisinə vurmaq üçün istifadə etmək barədə danışıqlar aparır. Lakin bu məsələdə irəliləyiş yoxdur.
QAZİLER.AZ