ABŞ Ukraynaya hərbi təlimatçı göndərməyəcək - Çarlz Braun

ABŞ Ukraynaya hərbi təlimatçı göndərməyəcək - Çarlz Braun backend

Hazırda ABŞ öz hərbi təlimatçılarını Ukraynaya göndərmək fikrində deyil.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

Brifinqdə çıxış edən Braun xatırladıb ki, Vaşinqton və Kiyevin bu sahədə əməkdaşlıq təcrübəsi var: xüsusi hərbi əməliyyat başlamazdan əvvəl amerikalı hərbi təlimatçılar Ukraynada yerli hərbçilərə təlim keçiblər. General, ölkələrin nəzəri olaraq buna ancaq Rusiya ilə münaqişə başa çatdıqdan sonra qayıda biləcəyini bildirib.

Qeyd edək ki, mayın 16-da general Braun bu məsələ ilə bağlı bir qədər fərqli aspektdə danışıb. Brüsseldə NATO Hərbi Komitəsinin iclasından əvvəl o, jurnalistlərə bildirib ki, NATO-ya üzv ölkələr sonda öz təlimatçılarını Ukraynaya göndərmək həddinə gələcəklər. Bu, onların həyatını riskə atacağı üçün asan seçim olmayacaq.

QAZİLER.AZ

Diaspora